...

Abşeronda sərnişin avtobusu “Mercedes” ilə toqquşub, ölən var

Hadisə Materials 21 Dekabr 2014 12:19 (UTC +04:00)
Abşeronda sərnişin avtobusu “Mercedes” ilə toqquşub.
Abşeronda sərnişin avtobusu “Mercedes” ilə toqquşub,  ölən var

Azərbaycan, Bakı, 21 dekabr /Trend/

Abşeronda sərnişin avtobusu "Mercedes" ilə toqquşub.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Abşeron rayonunda "İVECO" markalı sərnişin avtobusu ilə "Mercedes" markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş vermişdir.

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, minik avtomobilinin sürücüsü hadisə yerində vəfat etmiş və avtomobildə sıxılmış vəziyyətdə qalmışdır.

Xilasedicilər deformasiyaya uğramış avtomobildən meyiti çıxarmış və aidiyyətı üzrə təhvil vermişlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti