...

Qazaxda ev yanıb (FOTO)

Hadisə Materials 4 İyul 2015 15:54 (UTC +04:00)
Qazaxda yaşayış evi yanıb
Qazaxda ev yanıb (FOTO)

Azərbaycan, Bakı, 4 iyul /Trend/

Qazaxda yaşayış evi yanıb.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə rayonun Çaylı kəndində Arif Çarçıyevə məxsus evdə baş verib. Yanğının şiddətləndiyini görən qonşular əraziyə Qazax Yanğından Mühafizə Hissəsinin əməkdaşlarını çağrıblar.

Yanğın baş verən zaman evdə sahiblərindən heç kim olmayıb.

Güclü alov zamanı ümumi sahəsi 140 kv.m olan birmərtəbəli, 4 otaqlı evin 110 kv.m sahəsində yanar konstruksiyalar və ev əşyaları yanaraq yararsız hala düşüb. Evin qalan hissəsi yanğından mühafizə edilib.

İlkin ehtimala görə, yanğına qısqapanma səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti