...

Bakıda zəncirvari qəza baş verib - böyük tıxac yaranıb

Hadisə Materials 1 Dekabr 2015 09:27 (UTC +04:00)
Bu gün səhər saatlarında Z.Bünyadov prospekti, "Ayna Sultanova" abidəsi yaxınlığında zəncirvari qəza baş verib.
Bakıda zəncirvari qəza baş verib - böyük tıxac yaranıb

Bakı. Trend:

Bu gün səhər saatlarında Z.Bünyadov prospekti, "Ayna Sultanova" abidəsi yaxınlığında zəncirvari qəza baş verib.

Trend-in məlumatına görə, hadisə zamanı 3 avtomobil - VAZ 2107, VAZ 21031 və Subaru markalı avtomobillər toqquşub. Hər üç avtomobilə ciddi ziyan dəyib.

Qəza nəticəsində hazırda Z.Bünyadov prospektində böyük tixac yaranıb. İlkin məlumatlara görə, ciddi xəsarət alan yoxdur.

Yol polisi əməkdaşları hazırda hadisə yerində araşdırma aparırlar.

Qəzaya səbəb ilkin ehtimallara görə, avtomobillər arasında ara məsafənin saxlanmaması qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti