...

Gəncədə ikimərtəbəli ev yanıb

Hadisə Materials 5 Sentyabr 2016 09:21 (UTC +04:00)
Gəncə şəhərində vətəndaşa məxsus ikimərtəbəli 6 otaqlı evdə yanğın olub.
Gəncədə ikimərtəbəli ev yanıb

Bakı. Trend:

Gəncə şəhərində vətəndaşa məxsus ikimərtəbəli 6 otaqlı evdə yanğın olub.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Gəncə şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 200 m² olan ikimərtəbəli 6 otaqlı evin 1-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 16 m² sahədə yanıb.

Yüksək temperaturdan digər otağın lambirindən ibarət tavanı 30 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.​

Məqalədə:
Xəbər lenti

Xəbər lenti