...

"Sədərək"də ayaqqabı mağazasındakı yanğın söndürülüb (YENİLƏNİB)

Hadisə Materials 24 Sentyabr 2016 12:29 (UTC +04:00)
Səhər saatlarında Sədərək Ticarət Mərkəzində baş verən yanğın artıq söndürülüb.
"Sədərək"də ayaqqabı mağazasındakı yanğın söndürülüb (YENİLƏNİB)

Təfərrüatlar əlavə olunub. İlk xəbər 09:34-də yayımlanıb.

Bakı. Trend:

Bakı şəhəri, Qaradağ rayonunda “SƏDƏRƏK” ticarət mərkəzində ümumi sahəsi 1200 m²olan 1 korpusun dam örtüyü 45 m², sahibləri məlum olmayan ümumi sahəsi 40 m² olan 4 ədəd geyim mağazasının yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.

Bu barədə Trend-ə FHN-dən məlumat verilib. Yüksək temperaturdan ümumi sahəsi 39 m olan 3 ədəd mağazanın lambirdən ibarət tavanı əriyib. Ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

x x x

Səhər saatlarında Sədərək Ticarət Mərkəzində baş verən yanğın artıq söndürülüb. Bu barədə Trend-ə Sədərək Ticarət Mərkəzinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, yanğın ticarət mərkəzində 9-cu sırada yerləşən ayaqqabı mağazasında baş verib. Yanğının qısaqapanma nəticəsində yarandığı ehtimal edilir.

X X X

Bakı şəhəri, Qaradağ rayonunda Sədərək Ticarət Mərkəzində yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti