Bakı. Trend:
Mədəniyyət və Turizm Nazirliyinə məxsus kitabxana binasında yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Göygöl şəhərində Mədəniyyət və Turizm Nazirliyinə məxsus ümumi sahəsi 330 m2 olan birmərtəbəli 3 otaqlı kitabxana binasında elektrik kabeli 1 p.m yanıb və lambirdən ibarət tavan 1 m2 sahədə əriyib.
Kitabxana binası yanğından mühafizə olunub. Yanğın saat 08:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.