...

Corablarından 140 həb dərman çıxdı (FOTO)

Hadisə Materials 25 Noyabr 2016 18:09 (UTC +04:00)
Azərbaycandan Rusiya istiqamətinə gedən Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.
Corablarından 140 həb dərman çıxdı (FOTO)

Bakı. Trend:

Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun ixrac piyada-keçid xəttində Azərbaycandan Rusiya istiqamətinə gedən Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, yoxlama zamanı vətəndaşın ayağındakı corablarından 40 həb “T-Dol-200” 200 mg, 50 həb “Tamol-XX” 200 mg, 30 həb “Timo-Doll” 200 mg və 20 həb “Tee-Dol-200” 200 mg adlı olmaqla, cəmi 140 həb dərman preparatları aşkar olunaraq götürülüb.

Adıçəkilən dərman preparatları Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli müvafiq qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin Siyahısı”na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti