...

Tüfənglə ehtiyatsız davrandı - canından oldu

Hadisə Materials 3 Fevral 2017 12:30 (UTC +04:00)
Ağdam sakini ehtiyatsızlıqdan özünü güllələyib.
Tüfənglə ehtiyatsız davrandı - canından oldu

Bakı. Trend:

Ağdam sakini ehtiyatsızlıqdan özünü güllələyib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, fevralın 3-də Ağdam rayonunun Xındırıstan kəndində kənd sakini, 44 yaşlı Tofiq İsmayılov kustar üsulla hazırlanmış odlu silahla ehtiyatsız davranıb, bu zaman açılan atəş nəticəsində baş nahiyəsindən ağır xəsarət alaraq hadisə yerində ölüb.

Ağdam RPŞ əməkdaşları tərəfindən hadisə yerindən kustar üsulla hazırlanmış tüfəng tapılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti