...

Gülənçi AXCP üzvünün vəsatətləri təmin edilməyib

Hadisə Materials 25 Aprel 2017 11:19 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Fuad Əhmədlinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.
Gülənçi AXCP üzvünün vəsatətləri təmin edilməyib

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Fuad Əhmədlinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

Trend-in məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Fuad Əhmədlinin vəkili Əsabəli Mustatafayev cinayət işinə xitam verilməsi, həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət verib.

Dövlət ittihamçısı vəsatətlərin təmin edilməməsini istəyib. O, cinayət işinin məhkəmə baxışına verilməsini istəyib. Məhkəmə vəsatətləri təmin etməyib.

Məhkəmə baxışı mayın 2-ə təyin edilib.

F.Əhmədli 2016-cı il avqustun 18-də saxlanılıb. Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq bildiriblər ki, F.Əhmədli “Azərfon” MMC-də çalışdığı müddətdə abonentlərin şəxsi məlumatlarını üçüncü şəxsə ötürüb. Həmçinin bildirilib ki, F.Əhmədlinin mənzilində axtarış zamanı türkiyəli din xadimi Fətullah Gülənin çıxışlarının olduğu kitablar, CD-disklər tapılıb.

F.Əhmədli Cinayət Məcəlləsinin 302 (əməliyyat-axtarış fəaliyyəti üzrə qanunvericiliyi pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti