...

Paytaxtda 2 ev yanıb

Hadisə Materials 26 Aprel 2017 09:47 (UTC +04:00)
Yasamal və Qaradağ rayonlarında vətəndaşlara məxsus evlərdə yanğın baş verib.
Paytaxtda 2 ev yanıb

Bakı. Trend:

Yasamal və Qaradağ rayonlarında vətəndaşlara məxsus evlərdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Ümumi sahəsi 35 m2 olan birmərtəbəli, 1 otaqlı evin mətbəxinin lambirdən ibarət tavanı 10 m2 sahədə, içərisindəki əşyalar qismən yanıb və yüksək temperaturdan mətbəxin qapı və pəncərəsi əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər yanğn hadisəsi isə Bakı şəhəri, Qaradağ rayonunda baş verib. Rayonda vətəndaşa məxsus ümumi sahəsi 16 m2 olan birmərtəbəli 2 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 4 m2 sahədə və içərisindəki əşyalar qismən yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti