...

Viləşçayda batan 2 nəfərin cəsədləri tapılıb (YENİLƏNİB)

Hadisə Materials 28 May 2017 15:50 (UTC +04:00)
Masallıda 2 nəfər Viləşçayda çimərkən batıb
Viləşçayda batan 2 nəfərin cəsədləri tapılıb (YENİLƏNİB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 15:02-də yayılıb)

Bakı. Trend:

Masallıda 2 nəfər Viləşçayda çimərkən batıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Masallı rayonu, Viləşçay çayında çimərkən batmış 2002-ci il təvəllüdlü Abbasov Şəmsəddin Qəhraman oğlunun cəsədi FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri, digər vətəndaşın cəsədi sakinlər tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 14:52-də başa çatıb.

XXX

15:05

Masallıda 2 nəfər Viləşçayda çimərkən batıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Viləşçay çayının Masallı rayonu ərazisindən keçən hissəsində 2 nəfərin batması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşın axtarışlarına başlayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti