Oktyabrın 14-də daxili işlər orqanları tərəfindən 28 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Məlumatda göstərilir ki, həmin cinayət faktlarının 24-nün üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 7 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Gün ərzində 6 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 2 nəfər ölüb 9, nəfər yaralanıb. 6 yanğın hadisəsi baş verib.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3, silah-sursatla bağlı 4 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 43 nəfər həbs edilib.