...

Azərbaycan XİN İraqda 3 azərbaycanlının yaralanması barədə məlumatı araşdırır

Hadisə Materials 16 Noyabr 2005 19:32 (UTC +04:00)

Azərbaycan XİN İraqda 3 azərbaycanlının yaralanması barədə məlumatı araşdırır. Bu barədə Trend ə AR XİN informasiya idarəsinin rəhbəri Tahir Tağızadə bildirib.

Onun sözlərinə görə, ilk olaraq İraqın Azərbaycandakı səfirliyindən İraqın Xanəgin şəhərində baş vermiş atışma nəticəsində üç (Həsən Mirzəyev, Şərif Novruzov və Yaşvi Fərhan) Azərbaycan vətəndaşının yaralanması barədə məlumat daxil olub. İlkin məlumata əsasən, üç yaralı Türkiyənin "Nikan" nəqliyyat şirkətinin əməkdaşıdır və onların vəziyyəti qənaətbəxşdir. Atəş açan şəxs saxlanılıb.

AR XİN-in tapşırığına əsasən Türkiyədəki səfirlik, o cümlədən bir neçə saat ərzində vacib məlumatın verilməsini təsdiq edən İraq DİN ilə həmin məsələnin araşdırılması ilə məşğuldur. T.Tağızadə qeyd edib ki, hələlik aydınlaşdırılmayıb, amma çox ehtimal ki, üç şəxsdən ikisi Azərbaycan vətəndaşıdır və XİN-in vəzifəsi öz həmvətənlərinə məsləhətləşmə, humanitar və digər yardımları göstərməkdir.

T.Tağızadə həm də bildirib ki, hazırda Strasburqda olan AR XİN başçısı Elmar Məmmədyarov həmin faktla bağlı məlumatlandırılıb və vəziyyəti diqqət mərkəzində saxlayır.

Xəbər lenti

Xəbər lenti