...

QADINLARIN MİLLİ KONFEDERASİYASI ORDU GÜNÜNÜ QEYD EDİB

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 İyun 2005 13:53 (UTC +04:00)

Azərbaycan Qadınlarının Milli Konfederasiyası 29 iyun - Milli Ordunun yaranması günü münasibəti ilə dəyirmi masa keçirib. Trend in məlumatına görə, iyunun 25-də Milli QHT Forumunun konfrans zalında keçirilən toplantıda Qadınların Milli Konfederasiyanın üzvləri, millət vəkilləri, qadın təşkilatlarının rəhbərləri və digər qonaqlar iştirak ediblər.

Dəyirmi masada səslənən çıxışlarda Azərbacyan ordusunun bugünü, keçmişi və gələcəyinə bəslənən ümidlər, perspektivlər barədə danışılıb. Ordumuzun işğal altında qalan torpaqlarımızı azad etmək gücündə olduğu vurğulanıb. Müharibə şəraitində olan ölkədə hərbi-vətənpərvərliyin, mübarizlik, döyüşkənlik əhval-ruhiyyəsinin yüksəldilməsinin vacibliyini qeyd eilib. Həmçinin belə mühüm məsələlərdə qadınların rolu barədə də danışılıb, onların ordu quruculuğuna yardım göstərmələrinin, dövlətin hərbi gücünün möhkəmlənməsi işində bacardıqları qədər iştirak etmələrinin zəruriliyi önə çəkilib.

Xəbər lenti

Xəbər lenti