...

TBİLİSİDƏ DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ SEMİNAR KEÇİRİLƏCƏK

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 İyul 2005 12:06 (UTC +04:00)

İyulun 13-dən 15-dək Gürcüstanın paytaxtı Tbilisidə "Dağlıq Qarabağ: münaqişənin həlli üçün imkanlar və perspektivlər" mövzusunda beynəlxalq seminar keçiriləcək. Bu haqda Trend ə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Aqşin Babayev bildirib.

Onun sözlərinə görə, seminarda iştirak etmək üçün Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədr müavini, millət vəkili Gültəkin Hacıyeva iyulun 12-də Tbilisiyə yollanıb.

"20 ekspertin iştirakı ilə keçiriləcək seminarın təşkilatçısı Beynəlxalq Böhran Qrupu və Barışıq İmkanları Təşkilatıdır. Seminar iştirakçıları Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını birlikdə araşdıracaqlar.AŞ PA-dakı Azərbaycan parlament nümayəndə heyətinin üzvü Gültəkin Hacıyeva seminarda müzakirə edilən məsələlərə ölkəmizin mövqeyini bildirəcək",-deyə Aqşin Babayev bildirib.

Xəbər lenti

Xəbər lenti