...

Müdafiə Nazirliyi: Hərbi texnikalar və canlı qüvvə "Həyəcan" siqnalı ilə qaldırılıb

Siyasət Materials 21 Aprel 2015 17:33 (UTC +04:00)
Müdafiə Nazirliyi Azərbaycan ərazisində hərbi texnikanın, canlı qüvvənin hərəkəti ilə bağlı videogörüntülərin yayılması məsələsinə münasibət bildirib.
Müdafiə Nazirliyi: Hərbi texnikalar və canlı qüvvə "Həyəcan" siqnalı ilə qaldırılıb

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir İlkin İzzət/

Müdafiə Nazirliyi Azərbaycan ərazisində hərbi texnikanın, canlı qüvvənin hərəkəti ilə bağlı videogörüntülərin yayılması məsələsinə münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, bəzi elektron kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə hərbi texnikanın, canlı qüvvənin hərəkəti ilə bağlı videogörüntülər yayılıb.

Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, hərbi hissələrin, döyüş texnikasının, şəxsi heyətin və digər hərbi elementlərin dislokasiya yerinin dəyişməsi, əvəzlənməsi və yenilənməsi Silahlı Qüvvələrin komandanlığının səlahiyyətləri çərçivəsindədir və əvvəlcədən təsdiq edilmiş plana uyğun olaraq həyata keçirilir: "Qoşunların döyüş hazırlığı səviyyəsinin yoxlanılması məqsədilə müdafiə nazirinin əmrinə və Silahlı Qüvvələrin Baş Qərargah rəisinin sərəncamına əsasən hərbi hissə və birləşmələr planlı şəkildə "Həyəcan" siqnalı ilə qaldırılaraq onların döyüş qabiliyyəti və manevr imkanları yoxlanılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti