...

Azərbaycanda deputatlığa namizədliyi qeydə alınanların sayı 1190-a çatdı

Siyasət Materials 7 Oktyabr 2015 16:52 (UTC +04:00)
Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərində 1190 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.
Azərbaycanda deputatlığa namizədliyi qeydə alınanların sayı 1190-a çatdı

Azərbaycan, Bakı, 7 oktyabr /Trend müxbir Elçin Mehdiyev/

Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərində 1190 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Trend xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

Qeydə alınan namizədlərin 263-ü siyasi partiyalar, 15-i "Azadlıq-2015" bloku, 2-si təşəbbüs qrupu, 910-ı isə fərdi qaydada irəli sürülüb.

İclasda, həmçinin namizədliyin qeydə alınmasından imtina ilə bağlı dairə seçki komissiyalarının qərarları ilə bağlı MSK-ya daxil olmuş bir neçə müraciətə baxılıb. Baxılan müraciətlərin 1-i üzrə DSK-nın qərarı ləğv edilərək müraciət təmin edilib. Müraciətlərin 4-ü isə təmin edilməyib və DSK-nın qərarı qüvvədə saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti