...

Rusiya, İran və Azərbaycan XİN başçılarının görüşü planlaşdırılır - Karasin

Siyasət Materials 27 Mart 2016 18:44 (UTC +04:00)
Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun, İran Xarici İşlər Naziri Cavad Zərifin və Azərbaycan Xarici İşlər Naziri Elmar Məmmədyarovun görüşü planlaşdırılır
Rusiya, İran və Azərbaycan XİN başçılarının görüşü planlaşdırılır - Karasin

Bakı. Trend:

Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun, İran Xarici İşlər Naziri Cavad Zərifin və Azərbaycan Xarici İşlər Naziri Elmar Məmmədyarovun görüşü planlaşdırılır. Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin deyib.

"Görüş hələ hazırlanır", - deyə Karasin bildirib.

Karasin görüşün nə vaxtını dəqiqləşdirməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti