...

Parisdə radikal erməni qrupu azərbaycanlıların dinc etiraz aksiyasında təxribat törədib

Siyasət Materials 10 Aprel 2016 00:28 (UTC +04:00)
Parisdə Ermənistan əleyhinə etiraz aksiyası keçirilib
Parisdə radikal erməni qrupu azərbaycanlıların dinc etiraz aksiyasında təxribat törədib

Bakı. Trend:

Parisdə Ermənistan əleyhinə etiraz aksiyası keçirilib

Paris Azərbaycan Evindən Trend-ə verilən məlumata görə, aprelin 9-da Ermənistanın Parisdəki səfirliyinin önündə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində təmas xətti yaxıinlığında yerləşən yaşayış məntəqlərindəki mülki əhalini hədəf alan son hərbi təxribatlarına etiraz məqsədilə aksiya keçirilib.

Aksiya Paris Azərbaycan Evinin təşkilatçılığı, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə baş tutub.

Etiraz aksiyasında Fransanın müxtəlif şəhərlərindən; Nant şəhərində fəaliyyət göstərən Azərbaycan Fransa mədəniyyət (ACAF) təşkilatının üzvləri, Tur, Bezanson, Dol, Lion, Miluz, Paris ətrafı şəhərlərindən azərbaycanlı və türk diaspor nümayəndələri iştirak ediblər. Ümumilikdə, aksiyada 200-dən çox nümayəndəsi iştirak edib.

Aksiya Azərbaycan Respublikasının Himni ilə başlayaraq Paris Azərbaycan Evinin prezidenti Mirvari Fətəliyeva, Avropa Azərbaycan cəmiyyətinin direktoru Lionel Zetter, Nant şəhərində fəaliyyət göstərən Azərbaycan-Fransa mədəniyyət təşkitının sədri Toğrul Zeynalovun və Azərbaycan diasporunun digər fəallarının çıxışı ilə davam etmişdir. Çıxışlarda son günlər Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin və beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasını, təmas xətti yaxınlığında dinc əhalini hədəf alan təxribatçı cəhdlərin törədilməsini pislənmiş Ermənistan silahlı qüvvələrinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə əməl edərək Azərbaycan torpaqlarından qeyri-şərtsiz çıxarılmasını tələb edilmişdir.

Meydana toplaşan yüzlərlə soydaşımız əllərində Azərbaycan və Fransa bayraqlarını, erməni qaniçənliyini pisləyən, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən qeyri qanunu zəbtinə dair Beynəlxalq təşkilatları və Minsk qrupunu bu haqsizlıqlara biganə olmamağa səsləyən tranparantlar tutmuş, Qarabağın və zəbt edilmiş digər 7 rayonların qədim Azərbaycan torpağı oldugunu, Xocalının dinc sakinlərinə qarşı ermənilərin törətdikləri vəhşilikləri pisləyən şüarlar səsləndirmişlər.

Azərbaycan Evinin prezidenti Mirvari Fətəliyeva Fransa hökumətinə və ölkə ictimaiyyətinə ünvanlanan müraciətin mətnini oxumuşdur.

Azərbaycan icmasının bu sülhpərvər aksiyası zamanı Fransada fəaliyyət göstərən radikal erməni qrupu, Daşnak partiyasının gənclər qanadı olan Nor Serund təşkilatının təqribən 15 üzvü aksiya yerinə yaxınlaşaraq əllərində terrorçu təşkilatlar olan ASALA və PKK-nın bayraqlarını tutaraq təxribat törədib.

Onlar, aksiya iştirakçılarına qarşı zor tətbiq edərək, onların üzərinə daşlar, şüşə və gözyaşardıcı qazlar atıb. Nəticədə bir neçə aksiya iştirakçısı xəsarət alıb. Yaranmış vəziyyətdə hüquq-mühafizə orqanlarının nümayəndələri müdaxilə edib və hücum edənlərin bir qrupu polis tərəfindən saxlanılıb.

Təxribata baxmayaraq, aksiya nəzərdə tutulduğu gedişatla davam edib və tədbirin sonunda aksiya iştirakçılarının bəyanatı Ermənistan səfirliyinin poçt qutusuna atılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti