...

Xorvatiya Prezidenti “ADA” Universitetində olub (FOTO)

Siyasət Materials 24 Oktyabr 2016 18:20 (UTC +04:00)
Azərbaycanda rəsmi səfərdə olan Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviç bu gün “ADA” Universitetində olub.
Xorvatiya Prezidenti “ADA” Universitetində olub (FOTO)

Bakı. Trend:

Azərbaycanda rəsmi səfərdə olan Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviç bu gün “ADA” Universitetində olub.

Prezident Kolinda Qrabar-Kitaroviç tələbələr qarşısında Azərbaycan-Xorvatiya əlaqələri mövzusunda mühazirə ilə çıxış edib.

Xorvatiya Prezidenti iki ölkə arasındakı münasibətləri yüksək qiymətləndirib. O, Azərbaycanın Avropa ilə Asiya arasında oynadığı körpü rolundan, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən qlobal əhəmiyyətli enerji layihələrindən danışıb.

Sonda Prezident tələbələrin suallarını cavablandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti