...

Məzahir Pənahov Türkiyə səfiri ilə görüşüb (FOTO)

Siyasət Materials 30 Noyabr 2016 14:27 (UTC +04:00)
Məzahir Pənahov Türkiyənin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşüb.
Məzahir Pənahov Türkiyə səfiri ilə görüşüb (FOTO)

Bakı. Trend:

Noyabrın 30-da Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Türkiyənin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşüb.

Komissiya Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, görüşdə M.Pənahov rəhbərlik etdiyi qurumun beynəlxalq təşkilatlar və digər xarici ölkələrin diplomatik nümayəndəlikləri ilə yanaşı, Türkiyənin ölkəmizdəki səfirliyi ilə də sıx əməkdaşlığından söhbət açıb, bu münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əmin olduğunu vurğulayıb.

E.Özoral ölkəmizdə səfir kimi fəaliyyətə başlamasından şərəf duyduğunu bildirib və Azərbaycandakı fəaliyyəti dövründə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin daha da dərinləşməsi üçün bütün qüvvəsini sərf edəcəyini dilə gətirib. Türkiyəli diplomat, eyni zamanda öz ölkəsinin ali seçki qurumunun Azərbaycan Mərkəzi Seçki Komissiyası ilə əməkdaşlığından məmnunluğunu ifadə edib və qeyd edib ki, bu əlaqələrin daha da inkişafından ötrü əlindən gələni edəcək.

Görüşdə, həmçinin qurumlararası əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti