...

İcraçı direktor: ÜAK Rusiya Ali Məhkəməsinin müsbət qərarına ümid edir

Siyasət Materials 25 Aprel 2017 12:23 (UTC +04:00)
Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğv edilməsi haqqında şikayəti ilə bağlı Rusiya Ali Məhkəməsinin hökmü mayın 15-də veriləcək.
İcraçı direktor: ÜAK Rusiya Ali Məhkəməsinin müsbət qərarına ümid edir

Bakı. Elmira Tariverdiyeva - Trend:

Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğv edilməsi haqqında şikayəti ilə bağlı Rusiya Ali Məhkəməsinin hökmü mayın 15-də veriləcək.

Bunu Trend-ə ÜAK-ın icraçı direktoru İlqar Hacıyev deyib.

Onun sözlərinə görə, Konqres tərəfindən məhkəməyə təqdim edilən sənədlər hazırda nəzərdən keçirilir:

“Biz Ədliyyə Nazirliyinin bütün tələblərini yerinə yetirmişik və məhkəmənin müsbət qərarına ümid edirik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti