...

Ekspert: Avropa Türkiyəyə təzyiq göstərməyə çalışır

Siyasət Materials 26 Aprel 2017 17:47 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı Avropa İttifaqının bu ölkəyə təzyiq göstərmək məqsədilə qəbul edilmiş növbəti qərardır
Ekspert: Avropa Türkiyəyə təzyiq göstərməyə çalışır

Bakı. Anaxanım Hidayətova - Trend

Avropa Şurası Parlament Assambleyasının Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı bu ölkəyə təzyiq göstərmək məqsədilə qəbul edilmiş növbəti qərardır.

Bunu Trend-ə rusiyalı politoloq, beynəlxalq məsələlər üzrə ekspert, “Analitika Yuqa Rossii” jurnalının baş redaktoru Yevgeni Mixaylov deyib.

Onun sözlərinə görə, bu qərar Türkiyəyə yeni ittifaqlar qurmaq zərurətini göstərəcək: “AŞPA-nın bu addımında mən müsbət cəhət görürəm. Fikrimcə bu, ölkə üçün yeni imkanlar yaradacaq ki, sürətlə dəyişən müasir dünyada düzgün siyasi istiqamətlər seçsin”.

Qeyd edək ki, ötən gün AŞ PA-da böyük əksəriyyət Türkiyənin Avropa Şurası qarşısında öhdəliklərinin monitorinqi proseduruna qaytarılmasına səs verib.

Qətnamədə deyilir ki, Assambleya Türkiyədəki hadisələrin monitorinqini möhkəmləndirmək və fəallaşdırmaq niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti