...

MİLLİ DEMOKRAT PARTİYASI SEÇKİDƏ İŞTİRAK QƏRARINI DƏYİŞƏ BİLƏR

Siyasət Materials 20 İyun 2005 16:34 (UTC +04:00)

Milli Demokrat Partiyası parlament seçkisində 70 nəfər namizədlə iştirak edəcək. Bu barədə Trend ə partiyanın sədri İsgəndər Həmidov məlumat verib. O, bildirib ki, parlament seçkisində iştirak etməyə qərar verən Milli Demokrat Partiyası namizədlərini və seçki dairələrini müəyyən edib. Lakin seçki mühiti demokratikləşdirilməsə, partiya seçkidə iştirak qərarına yenidən baxacaq: "Biz seçki mühitində müsbət dəyişiklik olunmasını gözləyirik. Əgər seçkilərin demokratik keçirilməsi üçün əlverişli mühit, seçkidə iştirak edən bütün namizədlər üçün bərabər şərait yaradılmasa öz qərarımıza yenidən baxacağıq. Demokratik şərait olmacağı təqdirdə seçkidə iştirakdan imtina edə bilərik"-deyə İ.Həmidov bildirib.

Partiya sədri onu da qeyd edib ki, seçkilərin demokratik keçirilməsi üçün AXCP, "Vətəndaş cəmiyyəti qurucuları" seçki bloku ilə ikitərəfli sahiş bağlamış Milli Demokrat Partiyası digər siyasi partiya və seçki blokları ilə də əməkdaşlıq quracaq. Lakin Milli Demokrat Partiyası heç bir seçki blokunun üzvü olmayacaq.

Xəbər lenti

Xəbər lenti