...

AZƏRBAYCAN XARİCİ İŞLƏR NAZİRLİYİ İRANLA VİZA REJİMİNİN LƏĞV EDİLMƏSİ YAXUD SADƏLƏŞDİRİLMƏSİ MƏSƏLƏSİNİ NƏZƏRDƏN KEÇİRİR

Siyasət Materials 6 İyul 2005 18:43 (UTC +04:00)

Azərbaycan XİN İran tərəfinin Azərbaycanla İran arasında viza rejiminin ləğv edilməsi yaxud sadələşdirilməsi məsələsini nəzərdən keçirir.Bu barədə Trend agentliyinə nazirliyin nümayəndəsi Bünyad Hüseynov bildirib.

Onun sözlərinə görə, hazırda həmin məsələyə dair daxili məsləhətləşmələr aparılır.O, məsələnin öz həllini tapacağını əminliklə bildirib.

Xatırladırıq ki, bir az əvvəl səfirlik Azərbaycan XİN-ə İran tərəfinin Azərbaycanı iki XİN arasında 1993-cü ildə imzalanmış "Viza rejiminin ləğv edilməsi haqqında" sazişə riayət etməyə çağıran nota təqdim edib.Sənədə əsasən, iki ölkənin vətəndaşları hava və dəniz yolu ilə dövlət sərhədini vizasız keçə bilər, digər ölkənin ərazisində 15 gün qala bilər və yalnız uzun müddət qalarsa viza ala bilər.

Sənəddə həmçinin göstərilir ki, bu qaydalar sərhədi avtomobillə ümumi vətəndaşlıq pasportlarını təqdim etdikdən sonra keçən Azərbaycan vətəndaşlarına da tətbiq ediləcək.İranın Azərbaycandakı səfiri Əfşar Süleymani dəfələrlə bəyan edib ki, İran tərəfi Azərbaycanla viza rüsumlarının azaldılması məsələsini müzakirə etməyə hazırdır.

Xəbər lenti

Xəbər lenti