...

2005-Cİ İLDƏ AZƏRENERJI $35 MLN. HƏCMİNDƏ KREDİTİ ÖDƏYƏCƏK

Siyasət Materials 5 Avqust 2005 14:49 (UTC +04:00)
2005-Cİ İLDƏ AZƏRENERJI  $35 MLN. HƏCMİNDƏ KREDİTİ ÖDƏYƏCƏK

Son 3,5 il ərzində Azərenerji SC beynəlxalq maliyyə institutlarından alınmış $100 mln.həcmində krediti ödəyib.

Bu gün keçirilən mətbuat konfransında bu barədə Azərenerji SC-nin rəhbəri Etibar Pirverdiyev bildirib. 1997-ci ildən Azərbaycanda elektro- energetika obyektlərinə qoyulan investisiya $400 mln.təşkil edib.Cari il ərzində kreditlərin qaytarılması təxminən $35 mln.təşkil edib. 2006-cı ildə anoloji məbləğ ehtimal olunur.

Onun sözlərinə görə, hazırda 1 kvt/s elektrik enerjisi hasilatının maya dəyəri Azərenerji sistemi üzrə orta hesabla 130 manat təşkil edir.Amma Azərenerji elektrik enerjisini paylaşdırıcı şirkətlərə (Barmek və Bayva) 1 kvt/s üçün 71 manat qimətinə gerçəkləşdirir.

Bütün Azərenerji sistemi üzrə orta itki bu gün 4% təşkil edir." Əsa itkilər Barmek və Bayva -nın payına düşür.Əgər əvvəllər "Bakielektrikşəbəkə" nin işində buradakı itki 14-15% idisə, indi Barmek və Bayva -nın fəaliyyəti zamanı bu rəqəm 16%-dən çox" -deyə E.Pirverdiyev bildirib.

Azərenerji rəhbərinin qeyd etdiyi kimi, hazırda Naxçıvan Muxtar Respublikası (NMR) İrandan və Türkiyədən elektrik enerjisi alır.Qış mövsümündə NMR-nin elektrik enerjisinə tələbatı 250 mvt.təşkil edir. "İndi Naxçıvan İrandan 120 mvt.həcmində elektrik enerjisi alır.Əvvəllər NMR İrandan cəmi 40-50 mvt elektrik enerjisi alırdı, amma İran tərəfi ilə danışıqlar nəticəsində buraya enerji ixracının həcmi artırılıb", - deyə E.Pirverdiyev bildirib.

2006-cı ildə Azərenerji NMR-də bir sıra enerji turbinlərinin dizel yanacağından qaza keçirilməsini nəzərdə tutur. Artıq İtaliyanın FIAT şirəkti ilə müvafiq razılaşma vardır.NMR-də hər birinin gücü 16 mvt olan 4 turbin mövcuddur. "Ola bilsin ki, NMR-ə qaz tədarükü başlandıqdan sonra resprublikanın elektrik enerjisinə olan tələbatı azalar" -deyə E.Pirverdiyev bildirib.

Xəbər lenti

Xəbər lenti