...

AZƏRBAYCAN-UKRAYNA HÖKUMƏTLƏRARASI KOMİSSİYASININ NÖVBƏTİ İCLASI PAYIZDA OLACAQ

Siyasət Materials 8 Avqust 2005 13:58 (UTC +04:00)

İqtisadi əməkdaşlıq üzrə Azəpbaycan-Ukrayna hökumətlərarası birgə komissiyasının növbəti iclası payızda keçiriləcək. Bu barədə Trend ə Ukraynanın Azərbaycandakı müvəqqəti işlər vəkili İqor Kezima məlumat verib.

Əvvəlcə yayın sonnuda keçirilməsi planlaşdırılmış iclasın gündəliyinə Bakı -Tbilisi-Ceyhan neft kəməri ilə birgə neft nəql edilməsi kimi məsələlərin müzakirəsi daxil edilib.

Bundan başqa, tərəflər Ukraynaya erkən kənd təsərrüfatı məhsullarının satışını həyata keçirməyi, eləcə də Ukraynada Azərbaycan və Azərbaycanda Ukrayna ilinin keçirilməsinin mümkünlüyünü nəzərdən keçirəcəklər.

İclasın keçiriləcəyi ərəfədə həmçinin biznes-forumun və Azəpbaycanda Ukrayna mallarının sərgisinin keçirilməsi də planlaşdırılır.

İclasda müzakirə olunacaq əsas məsələlərdən biri Azərbaycanın Ukraynadan bir neçə yük və sərnişin təyyarələrinin, həmçinin tankerlərin və quru yük daşıyan gəmilərin alınması da ola bilər.

Xatırladaq ki, Azərbaycan tərəfdən komissiyanın həmsədrləri baş nazirin birinci müavini Abbas Abbasov, Ukrayna tərəfdən isə onun həmkarı Anatoli Kinahdır.

Xəbər lenti

Xəbər lenti