Azərbaycan Respublikasının prezidenti İlham Əliyev avqustun 10-da Bakı şəhəri, Suraxanı rayonunun Hövsan qəsəbəsinə gedib.
Dövlət başçısı qəsəbə sakinləri ilə görüşüb və onların sosial problemləri ilə tanış olub.
Prezident Hövsan qəsəbə sakinlərinin sosial-məişət problemlərinin həlli məqsədilə lazımi tədbirlərin görülməsi ilə əlaqədar paytaxtın meri Hacıbala Abutalıbova müvafiq tapşırıqlar verib.