...

AVROPA BİRLİYİNƏ ÜZV OLAN ÖLKƏLƏRİN SƏFİRLƏRİ BÜTÜN SİYASİ PARTİYALARI DİNC SEÇKİ KAMPANİYASININ KEÇİRİLMƏSİNƏ ÇAĞIRIRLAR

Siyasət Materials 18 Avqust 2005 19:32 (UTC +04:00)

"Bakıda akkreditə olunmuş Avropa Birliyinin (AB) üzvü olan ölkələrin səfirləri yenidən azad və ədalətli seçkilərin keçirilməsini dəstəklədiklərini və bütün siyasi partiyaları dinc seçki prosesinin keçirilməsinə çağırıblar". Trend in məlumatına görə, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin məlumatında bildirilir.

Böyük Britaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Kolin Velz Avropa Birliyi missiyasının adından çıxış edərək AB missiyasının 2005-ci ilin iyun-iyul aylarında ölkədə keçirilən seçki kampaniyasından sonra ölkədə pisləşmiş seçki atmosferindən narahatlığını ifadə edib.

Missiya Azərbaycanın demokratik inkişafı uğrunda mübarizə aparan bütün siyasi partiyaları azad və demokratik seçkilərin keçirilməsi üçün ciddi səy göstərməyə çağırıb.

Diplomat bütün siyasi partiyaları öz kampaniyalarının dinc yolla keçirilməsini təmin etməyə çağırıb. "Demokratik seçki kampaniyasında zorakılığa və hədələrə yer yoxdur", - deyə diplomat qeyd edib.

"AB ölkələrinin səfirləri indiyə qədər rəsmi dairələlərin prezidentin Azərbaycanda seçki təcrnübəsinin yaxşılaşdırılması barədə 2005-ci il 11 may tarixli fərmanının reallaşdırılması üzrə atdığı addımları dəstəkləyir.

Səfirlik Azərbaycana seçkilərin beynəlxalq standartlara müvafiq gələcəyi məsələsində əmin olmaq üçün yardım göstərməyə hazırdır", - deyə məlumatda bildirilir.

AB ölkələri səfirlikləri bu məsələlri hökumətlə və Azərbaycanda demokratiyanın inkişafı naminə çalışanlarla aparmağa hazırdır.

Xəbər lenti

Xəbər lenti