...

AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ SƏDRİ: DEMOKRATİK SEÇKİLƏR KEÇİRMƏKLƏ AZƏRBAYCAN GÖTÜRDÜYÜ ÖHDƏLİKLƏRİ YERİNƏ YETİRMƏK BACARIĞINA MALİK OLDUĞUNU GÖSTƏRƏCƏK

Siyasət Materials 23 Avqust 2005 12:04 (UTC +04:00)

"Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) əsas məqsədi insan hüquqlarının qorunmasında və demokratiyanın inkişafında Azərbaycana kömək etməkdir".

Trend in xəbər verdiyi kimi, bu barədə avqustun 23-də AŞ PA sədri Rene van der Linden Azərbaycan Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr üzrə AŞ PA-dakı komissiyasının və Azərbaycanın nümayəndə heyətinin üzvləri ilə görüşündə bildirib.

Onun sözlərinə görə, hazırda beynəlxalq ictimaiyyət Azərbaycanda noyabrın 6-da keçiriləcək parlament seçkilərinə ciddi maraq göstərir.

"Bu, ölkə üçün vacibdir. Demokratik seçkilər keçirməklə siz götürdüyünüz öhdəlikləri yerinə yetirdiyinizi və bunu etmək iqtidarında olduğunuzu sübut etməlisiniz", - deyə sədr bildirib. O qeyd edib ki, müxalifət liderləri ilə görüşdə onları "demokratiyaya və insan hüquqlarını qorumağa çalışmalarına" çağırıb.

"Doğrudur, ölkədə müəyən irəliləyişlər nəzərə çarpır, lakin bunlar davam etdirilməlidir", - deyə AŞ PA sədri vurğulayıb.

Parlament komissiyasının sədri Səməd Seyidov bildirib ki, Azərbaycan tərəfi AŞ PA-da konstruktiv yanaşma müşahidə edir. O, qanunların təkmilləşdirilməsində, demokratik cəmiyyətin qurulmasında Azərbaycana köməyinə və Dağlıq Qarabağ problemi üzrə obyektiv mövqe tutduğuna görə AŞ PA sədrinə minnətdarlığını bildirib. S.Seyidov, həmçinin, Azərbaycanın AŞ PA ilə əlaqələrin gələcəkdə inkişafında maraqlı olduğunu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti