...

SURƏT HÜSEYNOV ÖLKƏDƏ YOXDUR

Siyasət Materials 26 Avqust 2005 14:56 (UTC +04:00)

"Surət Hüseynov avqustun sonunda Azərbaycana qayıdacaq. Hazırda onun harada olması barədə əlimizdə heç bir məlumat yoxdur" Bu barədə Trend agentliyinə Surət Hüseynovun bacanağı Fuad adlı şəxs verib.

Onun bildirdiyinə görə eks-baş nazirin ölkəni nə vaxt tərk etməsi də məlum deyil. Özünün bir neçə gün bundan öncə Moskvadan qayıtdığını deyən Fuad Surət Hüsyenovun ailəsini də götürüb naməlum ünvana getdiyi barədə yaxın qohumlarından eşitdiyini qeyd edib.

Eks-baş nazirin bacanağı yalnız bunu vurğulayıb: "Ola bilsin ki, Surət Hüseynov öz ailəsi ilə birgə Azərbaycanın hansısa səfalı yerində istirahət edir, ya da ki, hansısa xarici ölkədədir".

S.Hüseynovun avqustun sonunda qayıdacağı ilə bağlı məlumatın hansı mənbədən aldığı barədə sualımıza isə bacanağı belə cavab verib: "Bu barədə qohumlarına gedəndə deyib".

1994-cü il Azərbaycanda dövlət çevrilişinə cəhddə ittiham edilən eks-baş nazir Surət Hüseynov gizləndiyi üçün bir müddət axtarışda olub. 1997-ci ildə Rusiyada həbs edilərək Azərbaycana gətirilən S.Hüseynovun məhkəməsi 1999-cu ildə başa çatıb. Ömürlük həbs cəzasına məhkum edilən S.Hüsyenov Azərbaycan prezidenti İlham Əliyevin 2004-cü il mart fərmanı ilə əfv edilib.

Xəbər lenti

Xəbər lenti