...

NORVEÇİN DÖVLƏT KATİBİNİN BAKIYA SƏFƏRİ BAŞLAYIR

Siyasət Materials 31 Avqust 2005 13:16 (UTC +04:00)

Avqustun 31-də günün ikinci yarısında Norveçin dövlət katibi Kim Trovikin Bakıya ikigünlük rəsmi səfəri başlayır. Trend ə verilən məlumata görə, səfər çərçivəsində prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və onun müavinləri Xələf Xələfov və Araz Əzimov, həmçinin Azərbaycanda akkreditə olunmuş bir qrup səfir və müxalifət nümayəndələri ilə görüşlər planlaşdırılır.

Görüşlərdə ikitərəfli əlaqələr, regionlararası əməkdaşlığın inkişafı məsələlələri müzakirə olunacaq, siyasi məsləhətləşmələr aparılacaq. K.Trovik Norveç hökumətinin layihəsini 2005-07-ci illərdə inkişaf proqramları, o cümlədən, ətraf mühitin mühafizəsi, idarəetmə və energetika sahələri üçün Cənubi Qafqaz ölkələrinə 10 mln dollar maliyyə vəsaitinin ayrılmasına dair BMT-nin inkişaf proqramı ilə müzakirə etmək niyyətindədir.

K.Trovik artıq 2003-cü ilin noyabrında Bakıda olub. O zaman dövlət katibi xarici işlər nazirinin müavini Xələf Xələfov tərəfindən qəbul edilmişdi.

Xəbər lenti

Xəbər lenti