...

ABŞ AZƏRBAYCANI DEMOKRATİK İNKİŞAFA SƏDAQƏTİNİ NÜMAYİŞ ETDİRMƏYƏ ÇAĞIRIR

Siyasət Materials 8 Sentyabr 2005 13:04 (UTC +04:00)

Birləşmiş Ştatlar Azərbaycan prezidenti İlham Əliyevi və onun hökumətini ölkənin demokratik inkişafının tərəfdarı olduğunu nümayiş etdirməyə və qarşıdakı noyabr seçkilərinin uğurlu keçirilməsini təmin etmək üçün lazımi addımlar atmağa çağırıb. Trend in bəyanatına görə, belə bir bəyanatla Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Daimi Şurasının iclasında ABŞ-ın ATƏT-dəki yeni səfiri Culi Finli çıxış edib.

O, Azərbaycan prezidentinin 11 may 2005-ci il tarixli "Azərbaycanda seçki təcrübəsinin təkmilləşdirilməsi barədə " fərmanını xüsusi qeyd edərək bəyan edib ki, Vaşinqton prezident İlham Əliyevin azad və şəffaf seçkilərin keçirilməsi üçün atdığı addımları dəstəkləyir.

"Biz Azərbaycan hökuməti seçkilərin beynəlxalq standartlara müvafiq keçirilməsində prezidenti dəstəkləyəcəyinə ümid edirik", - deyə ABŞ-ın ATƏT-dəki nümayəndəsi bildirib.

Onun sözlərinə görə, hər bir seçki KİV-in seçki prosesini balanslaşdırılmış işıqlandırmasından, dinc aksiyaların keçirilməsindən, saxtakarlıqların qarşısının alınmasından və seçki monitorinqində müstəqil müşahitdəçilərin iştirakına icazə verilməsindən asılıdır. Həmçinin, Azərbaycanda hər bir seçici öz "seçki vəsiqəsi"nə malik olmalıdır.

"Biz səsvermədə hər bir seçicinin iştirakının təmin edilməsi istiqamətində hökumətin səylərini dəstəkləyirik",- deyə Finli bildirib və Azərbaycanda İctimat Televiziyanın fəaliyyətinə xüsusi diqqət yetirib. "İT cari ilin avqustun 28-də efirə çıxıbvə ABŞ bu telekanalın seçki kampaniyasını ədalətli və balanslaşdırılmış işıqlandırılmasını təmin edəcəyinə inanır", -deyə C.Finli bildirib.

Sonda Amerika diplomatı bəyan edib ki, ABŞ yenidən Seçki Məcəlləsində dəyişikliklər edilməsinin Azərbaycan hökumətinə saxtakarlıqların qarşısını almaqda yardım edəcəyinə ümid edir. "Bunun açarı Baş prokurorluğun və Azərbaycanın MSK-nın daxil olan şikayətlərə verəcəyi cavabdır", - deyə C.Finli bildirib.

Xəbər lenti

Xəbər lenti