...

İQOR KİZİMA: UKRAYNA VƏTƏNDAŞININ SAXLANILMASININ SƏBƏBLƏRİ BU VAXTA QƏDƏR AYDINLAŞDIRILMAYIB

Siyasət Materials 16 Sentyabr 2005 14:06 (UTC +04:00)

"Azərbaycanın sərhəd xidməti və və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən Ukrayna vətəndaşının saxlanılma səbəbləri bu vaxta qədər aydınlaşdırılmayıb". Bu barədə Trend ə Ukraynanın Azərbaycanda işləri üzrə müvəqqəti müvəkkili İqor Kizima "Müsavat" müxalifət partiyasının dəvəti ilə sentyabrın 15-də Bakıya gəlmiş Ukraynanın "Pora" fəalı, XİN müşaviri Sergey Yevtuşenkonun Binə hava limanında Azərbaycan sərhədçiləri tərəfindən saxlanılması ilə bağlı şərh verərkən bildirib.

Diplomatın sözlərinə görə, Ukraynanın Azərbaycandakı konsulu saxlanılan şəxslə uzun müddət əlaqə yarada bilməyib və yalnız gecə saat 1-də o, müşavirlə görüşərək, onun vəziyyəti ilə maraqlanıb. "Səfirlik Azərbaycan tərəfinin izahını gözləyir", - deyə İ.Kizima vurğulayıb. Onun məlumatına görə, S.Evtuşenoko ilə birlikdə saxlanılmış Estoniya vətəndaşı Andrey Popov artıq buraxılıb.

Xatırladaq ki, Yevtuşenko və Popov Bakıya Azərbaycanda və Belorusda vəziyyətə dair sentyabrın 17-də keçiriləcək beynəlxalq konfransda iştirak etmək üçün dəvət olunmuşdular. Onlarla birlikdə "Pora"nın daha iki fəalı saxlanılsa da, onlara ölkəyə daxil olmaq icazəsi verilib, Yevtuşenko və Popovun pasportları isə müsadirə edilib.

Xəbər lenti

Xəbər lenti