...

ABŞ Ukraynaya silah tədarükü üçün yeni müqavilələr bağlamağa hazırlaşır

Gündəm Materials 26 Aprel 2024 04:46 (UTC +04:00)
ABŞ Ukraynaya silah tədarükü üçün yeni müqavilələr bağlamağa hazırlaşır

Bakı. Trend:

ABŞ Ukraynaya silah və texnikanın tədarükü üçün Amerika şirkətlər ilə 6 milyard dollarlıq müqavilə bağlamağa hazırlaşır.

Trend-in məlumatına görə, bu barədə "Politico" qəzeti iki ABŞ rəsmisinə istinadən bildirib.

Onların sözlərinə görə, beləliklə, Amerika administrasiyası Kiyev üçün ən böyük yardım paketlərindən birinə “son nöqtələri” qoyur. Mənbələrin bildirdiyinə görə, bura "Patriot" hava hücumundan müdafiə sistemləri, artilleriya mərmiləri, pilotsuz uçuş aparatları, PUA əleyhinə vasitələr və "hava-hava" raketləri daxildir.

Qeyd olunub ki, müqavilələrin bağlanması üçün vəsait ABŞ Konqresinin Kiyevə yardım üçün ayırdığı 61 milyard dollardan ayrılacaq. Nəşr vurğulayıb ki, sözügedən silahlar böyük ehtimalla Ukraynaya yalnız bir neçə ildən sonra gələcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti