Bakı. Trend:
Fransanın iqtisadiyyat naziri Brüno Le Mer qırmızı işıqda yolu keçən velosipedçini maşını ilə vurub.
Trend xəbər verir ki, bu barədə “Figaro” məlumat yayıb.
Bildirilib ki, hadisə cümə günü axşam baş verib.
Vurğulanıb ki, xəsarət alan şəxs xəstəxanaya aparılıb.
Nazir alkoqol və narkotik müayinələrindən keçməyə məcbur edilib. Lakin müayinə nəticələri mənfi olub.