...

Azərbaycan milli mətbəxi Türkmənistanda təqdim olunub (FOTO)

Cəmiyyət Materials 4 May 2024 12:57 (UTC +04:00)
Azərbaycan milli mətbəxi Türkmənistanda təqdim olunub (FOTO)

Bakı. Trend:

Bu gün Aşqabad Beynəlxalq Məktəbində “Beynəlxalq Mətbəx Festival”ı keçirilib.

Trend xəbər verir ki, Azərbaycanın Türkmənistandakı Səfirliyi ölkəmizi festivalda təmsil edib.

Bu barədə diplomatik nümayəndəlikdən bildirilib.

Festivalda Azərbaycanın Türkmənistandakı Səfirliyi üçün ayrılmış guşədə milli mətbəximizin ləziz yemək və şirniyyatları iştirakçılara təqdim olunub. Milli yemək və şirniyyatlarımız haqqında qonaqlara məlumat verilib.

Həmçinin, tədbirdə ölkəmizin tarixi, mədəniyyəti və turizm potensialı ilə bağlı kitab, broşürlər nümayiş etdirilib və paylanılıb. Tədbirde Azərbaycanın azerbaijan.travel turizm saytı ilə bağlı bannerlər nümayiş olunub.

Milli mətbəximizinin nümunələri, ölkəmizlə bağlı foto-açıqcalar, suvenirlər, sənətkarlıq nümunələri festivala gələn qonaqlar tərəfindən rəğbətlə qarşılanıb.

Xəbər lenti

Xəbər lenti