...

"Grok AI" çat-botu artıq Böyük Britaniyada işləməyə başlayıb

Dünya xəbərləri Materials 5 May 2024 03:51 (UTC +04:00)
"Grok AI" çat-botu artıq Böyük Britaniyada işləməyə başlayıb

Bakı. Trend:

"X" sosial şəbəkəsinin Böyük Britaniyadakı premium hesab sahibləri İlon Maskın "xAI" şirkəti tərəfindən hazırlanmış "Grok AI" çat-botuna daxil olmaq imkanını əldə ediblər.

Trend-in məlumatına görə, bu barədə "X" sosial şəbəkəsindən bildiriblər.

"Böyük Britaniyaya xoş gəlmisiniz, Grok. Grok indi Böyük Britaniyada premium abunəçilər üçün əlçatandır", - deyə bildirilib.

Qeyd edək ki, 2023-cü ilin dekabrında İ.Mask "Grok AI" çat-botunun beta versiyasının istifadəyə verildiyini elan etdi, ABŞ-da "X"də Premium Plus abunəsi olanlar yeni neyron şəbəkəyə ilk giriş əldə etdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti