Bakı. Trend:
İngiltərə Premyer Liqasının 35-ci turu liderlərin qələbəsi ilə yadda qalıb.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, “Arsenal” və “Mançester Siti” öz meydanında 3 xal qazanıb.
London klubu “Bornmut”un qapısından 3 cavabsız top keçirib. Qələbə sayəsində 83 xal toplayan Mikael Artetanın komandası lider mövqeyini qoruyub.
“Şəhərlilər” isə “Vulverhempton”a 5:1 hesabı ilə qalib gəliblər. Erlinq Holand poker edərək, 3 xalın qazanılmasında böyük pay sahibi olub. Ehtiyatda 1 oyunu olan “Mançester Siti” liderdən 1 xal geri qalır.