...

Prezident İlham Əliyev Türkiyə ilə imzalanmış iki sazişi təsdiqlədi

Siyasət Materials 4 May 2024 14:05 (UTC +04:00)
Prezident İlham Əliyev Türkiyə ilə imzalanmış iki sazişi təsdiqlədi

Bakı. Trend:

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə qanunu imzalayıb.

Trend xəbər verir ki, sənədə əsasən, 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş” təsdiq edilib.

Bundan başqa, dövlət başçısı “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə qanunu imzalayıb.

Sənədə əsasən, 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

Xəbər lenti

Xəbər lenti