...

Qazaxıstan prezidenti Rusiyaya gedir

Dünya xəbərləri Materials 4 May 2024 14:00 (UTC +04:00)
Qazaxıstan prezidenti Rusiyaya gedir
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin 8-9 may tarixlərində Moskvaya səfəri planlaşdırılır.

Trend xəbər verir ki, bu barədə ölkənin Rusiyadakı səfiri Dauren Abayev "TASS" agentliyinə müsahibəsində deyib.

"Prezidentlərimiz arasında görüşlər kifayət qədər müntəzəm keçirilir. Vladimir Putinin oktyabr ayında Qazaxıstana səfərindən sonra prezidentlərimiz artıq iki dəfə, Sankt-Peterburqda keçirilən Avrasiya İqtisadi Birliyi və MDB sammitlərində və fevralda Kazanda keçirilən Gələcək Oyunlarında görüşüblər. Prezidentimizin 8-9 may tarixlərində Moskvaya səfər planlaşdırılır", - o deyib.

Qeyd edək ki, mayın 8-də Moskvada Avrasiya İqtisadi Birliyinin yubiley sammiti keçiriləcək.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti