...

Azərbaycanla NATO arasında qarşılıqlı faydalı tərəfdaşlıq qurulub - Xavier Kolomina

Siyasət Materials 4 May 2024 15:43 (UTC +04:00)
Azərbaycanla NATO arasında qarşılıqlı faydalı tərəfdaşlıq qurulub - Xavier Kolomina
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanla NATO arasında qarşılıqlı faydalı tərəfdaşlıq qurulub.

Trend xəbər verir ki, bunu NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə Xüsusi Nümayəndəsi Xavier Kolomina "X" hesabında bildirib.

"Bu gün Azərbaycanın NATO-nun tərəfdaşı olmasının 30 ili tamam olur. O vaxtdan bəri biz fəal siyasi dialoq və praktiki əməkdaşlıq vasitəsilə qarşılıqlı faydalı tərəfdaşlıq qurmuşuq. Xüsusilə Azərbaycanın NATO missiyalarına, enerji təhlükəsizliyinə və iqlim dəyişikliyinə töhfələrini alqışlayırıq", - o qeyd edib.

Xəbər lenti

Xəbər lenti