...

Narkotiklə bağlı məsuliyyətə cəlb edilənlərin sayı məlum oldu

Cəmiyyət Materials 4 May 2024 16:15 (UTC +04:00)
Narkotiklə bağlı məsuliyyətə cəlb edilənlərin sayı məlum oldu
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin 4 ayı ərzində polis tərəfindən 304 kiloqramı heroin olmaqla, ümumi 1 ton 581 kiloqram müxtəlif növ narkotik vasitə dövriyyədən çıxarılıb.

Trend-in məlumatlarına görə, bunu Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev deyib.

Onun sözlərinə görə, ötən 4 ay ərzində 3585 fakt qeydə alınıb və 2024-cü ilin ilk 3 ayı ərzində isə 1589 şəxs məsuliyyətə cəlb olunub.

Qeyd edək ki, 2024-cü ilin yanvarına olan məlumata görə, Azərbaycanda 36659 narkotikdən əziyyət çəkən şəxs dispanser nəzarətindədir. Ötən il ərzində 405 nəfər müalicə üçün tibb müəssisəsinə yerləşdirilib.

Həmin şəxslərin 8458 nəfəri bir neçə növ narkotik vasitə istifadəçisidir. 36659 nəfər narkotik istifadəçisinin 802 nəfərini qadınlar təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti