...

Bakıda Avropa kuboku: Azərbaycan komandası qrup hərəkətlərində iki finala yüksəlib (FOTO)

Cəmiyyət Materials 4 May 2024 13:36 (UTC +04:00)
Bakıda Avropa kuboku: Azərbaycan komandası qrup hərəkətlərində iki finala yüksəlib (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Qrup hərəkətləri üzrə Azərbaycan komandası Bakıda keçirilən bədii gimnastika üzrə Avropa kubokunda iki finala yüksəlib. Komanda beş halqa, həmçinin üç lent və iki topla hərəkətlərin finalına çıxıb.

Trend xəbər verir ki, beş halqa ilə hərəkət proqramının təsnifat mərhələsində Azərbaycan komandası 37,550 xalla dördüncü yeri tutub.

İsrail (38.400 xal), Bolqarıstan (37.750 xal), İtaliya (37.700 xal), Macarıstan (33.350 xal), Rumıniya (28.200 xal), Gürcüstan (25.100 xal) və Koreya Respublikasını (21.350 xal) təmsil edən komandalar da finala yüksəlib.

Üç lent və iki topla hərəkətlər proqramının təsnifatında Azərbaycan komandası 34.000 xalla ikinci yeri tutub.

İsrail (35.150 xal), İtaliya (34.000 xal), Macarıstan (30.700 xal), Bolqarıstan (29.150 xal), Gürcüstan (23.650 xal), Rumıniya (20.200 xal) və Koreya Respublikası (11.250 xal) komandaları da finala yüksəlib.

Qeyd edək ki, Avropa Kubokunun ümumi mükafat məbləği 40000 avrodur. Mayın 5-nə kimi davam edəcək yarışlarda 37 ölkədən ümumilikdə 160 gimnast iştirak edir.

Xəbər lenti

Xəbər lenti