...

Azərbaycan çempionatında sonuncu yarımfinalçı müəyyənləşəcək

İdman Materials 5 May 2024 09:00 (UTC +04:00)
Azərbaycan çempionatında sonuncu yarımfinalçı müəyyənləşəcək

Bakı. Trend:

Bu gün Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə yekun vurulacaq.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, sonuncu yarımfinalçı "Sərhədçi" və "Xəzri" arasındakı üçüncü matçda bəlli olacaq.

Qarşılaşma "Sərhədçi" İdman Mərkəzində baş tutacaq. Seriyada hərəyə bir qələbə qazanan komandalar mübarizəni davam etdirmək üçün qalib gəlməyə çalışacaqlar.

Qeyd edək ki, bu duelin qalibi yarımfinalda NTD-İNDİQO ilə qarşılaşacaq. Digər cütdə isə “Xırdalan”la “Sabah” üz-üzə gələcək.

Azərbaycan Basketbol Liqası
Pley-off mərhələsi
1/4 final, 3-cü oyun
5 may
19:30. "Sərhədçi" – "Xəzri"

"Sərhədçi" İdman Mərkəzi
Seriyada hesab – 1:1

Xəbər lenti

Xəbər lenti