...

"Boeing" kosmosa ilk astronavtlarını göndərir

Dünya xəbərləri Materials 4 May 2024 17:47 (UTC +04:00)
"Boeing" kosmosa ilk astronavtlarını göndərir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ən böyük təyyarə istehsalçısı “Boeing” şirkəti gələn həftə astronavtlardan ibarət ekipajla birlikdə ilk “Starliner” kosmik kapsulunu orbitə göndərməyə hazırlaşır ki, bu da ona İlon Maskın “SpaceX” kompaniyası ilə rəqabət aparmaq üçün mübarizədə qələbə qazanmaq şansı verir.

Trend “Reuters” agentliyinə istinadən xəbər verir ki, “CST-100 Starliner” sınaq missiyası 1 milyard dollardan çox məsrəfdən sonra illərlə təxirə salınan bir mərhələdir.

Şirkət kosmik gəminin kosmosa adi səfərlər üçün təsdiqlənməsindən əvvəl keçirilən son nümayişdə kommersiya ekipajı proqramı çərçivəsində iki NASA astronavtını Beynəlxalq Kosmik Stansiyaya (BKS) göndərəcək.

NASA son illərdə öz astronavtlarını və digər müştərilərini BKS-ə və daha iddialı “Artemida” proqramı çərçivəsində Aya və daha sonra Marsa daşıya biləcək yeni nəsil özəl kosmik gəmi layihəsini dəstəkləyib. “Starliner” isə agentliyin kommersiya məqsədli modelinin ən son məhsuludur.

Agentliyin köməkçi inzibatçısı Cim Fri buraxılışdan əvvəl keçirilən mətbuat konfransında jurnalistlərə deyib ki, yeni kosmik gəminin ilk ekipaj uçuşu tamamilə kritik bir mərhələdir. Onun sözlərinə görə, ekipaj üzvləri Sani Villiams və Batç Vilmorun həyatı risk altında ola bilər.

Xəbər lenti

Xəbər lenti