...

AİB-in maliyyələşdirilməsi güzəştli şərtlərdə resursları əhatə etməyə davam etməlidir - Masatsuqu Asakava

İqtisadiyyat Materials 4 May 2024 12:22 (UTC +04:00)
AİB-in maliyyələşdirilməsi güzəştli şərtlərdə resursları əhatə etməyə davam etməlidir - Masatsuqu Asakava
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Tbilisi. Trend:

Asiya İnkişaf Bankının (AİB) maliyyələşdirilməsi güzəştli şərtlərdə resursları əhatə etməyə davam etməlidir.

Trend xəbər verir ki, bu barədə AİB prezidenti Masatsuqu Asakava Tbilisidə AİB-in İdarəedicilər Şurasının iclasının açılış mərasimində deyib.

"İcazənizlə qeyd edim ki, gələcəyə körpüümüz buna ən çox ehtiyacı olanları geridə qoya bilməz. O cümlədən, inkişaf etməkdə olan kiçik ada dövlətlərindəki yoxsul və həssas əhali qrupları, ağır iqlim dəyişmələri, iqtisadi sarsıntı və münaqişələrlə əlaqəli ağır yüklə üzləşirlər. Maliyyələşdirməmiz güzəştli şərtlərdə resursları, o cümlədən, qrantları əhatə etməyə davam etməlidir. AİB burada mühüm rol oynayıb. Cümə axşamı günü tamamlama bitdikdən sonra isə biz bu tələbatları qarşılamaq üçün 5 milyard dollara qədər vəsait təmin edə biləcəyik", - o deyib.

Asakava donorlara bu dəstəyə görə minnətdarlığını bildirib.

"Bu, əhəmiyyət kəsb edir. Bunu bilirəm, çünki bütün regiondan gələcəklərinə yatırdığımız investisiyalar sayəsində daha yaxşı perspektivləri açılan insanlarla görüşmüşəm. Dostlar, gələcəyə körpümüz də bir o qədər inklüziv olmalıdır. Heç kim maliyyə vəsaiti əldə etməyin qarşısındakı maneələr səbəbindən inkişaf üstünlüklərindən məhrum olmamalıdır", - deyə o əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti