...

"İpsviç" futbol klubu 22 ildən sonra İngiltərə Premyer Liqasına qayıdıb

İdman Materials 5 May 2024 06:44 (UTC +04:00)
"İpsviç" futbol klubu 22 ildən sonra İngiltərə Premyer Liqasına qayıdıb

Bakı. Trend:

İngiltərə Premyer Liqasına daha bir vəsiqənin sahibi bəlli olub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, “İpsviç” yüksək dəstəyə qayıdıb.

Bu, Çempionşipin 46-cı turunda rəsmiləşib. “Haddersfild”ə 2:0 hesabı ilə qələbə “İpsviç”ə Premyer Liqaya qayıtmaq imkanı verib. Sonuncu dəfə 2001/02 mövsümündə güclülər sırasında olan klub 22 ildən sonra elitaya dönüb.

Qeyd edək ki, Premyer Liqaya ilk vəsiqəni “Lester” qazanıb. Sonuncu vəsiqə isə “Lids”, “Sauthempton”, “Vest Bromviç” və “Norviç” arasında pley-offdan sonra sahibini tapacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti