...

Şərurda çoxmənzilli yaşayış binasının zirzəmisini su basıb (VİDEO)

Hadisə Materials 5 May 2024 11:18 (UTC +04:00)
Şərurda çoxmənzilli yaşayış binasının zirzəmisini su basıb (VİDEO)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Naxçıvan şəhərində və Şərur rayonu, Danyeri kəndində çoxmənzilli yaşayış binasının zirzəmisinin və qeyri-yaşayış obyektlərinin subasmaya məruz qalması ilə bağlı məlumatlar daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, bununla əlaqədar Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin qüvvələri dərhal su basmış ərazilərə cəlb olunub.

Nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib, zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti