...

Şahmatçılarımız 125 min dollarlıq yarışda

İdman Materials 4 May 2024 12:11 (UTC +04:00)
Şahmatçılarımız 125 min dollarlıq yarışda

Bakı. Trend:

Bu gün BƏƏ-də şahmat üzrə “Dubai Police Global Chess Challenge” turniri start götürəcək.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, 3 kateqoriya üzrə təşkil olunacaq yarışda Azərbaycan 7 zəka sahibi ilə mübarizə aparacaq.

Ən güclülərin mübarizəsində Eltac Səfərli (2612), Aydın Süleymanlı (2607) və Əhməd Xaqan (2321) çıxış edəcək. Ayan Allahverdiyeva (2152) ilə Kamal İsfəndiyarlı (1836) B kateqoriyasında lövhə arxasına keçəcək.

18 yaşına qədər olan şahmatçılar arasında isə Məhəmməd Kazımzadə və Elşad Yusif Əliyev iştirak edəcək.

Qeyd edək ki, İsveçrə sistemi ilə keçiriləcək yarış 9 turdan ibarət olacaq. Ümumi mükafat fondu 125 min dollar olan turnir mayın 13-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti